
İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı Medya İdarə Heyətinin sədri Murat Ongun İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun şəxsi hesabından vətəndaşın bilet pulunu ödədiyini təsdiqləyib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu bədənində sınıq olan və Türkiyəyə qayıtmağa çalışan Tuğcan İşık və tibb personalının bilet pulunu ödəyib.
Belə ki, jurnalist Cüneyt Özdemir YouTube-da yayımladığı efirdə İndoneziyanın Bali adasında yol qəzası keçirən və ağır yaralanan Türkiyə vətəndaşı Tuğcan İşıkın müalicə xərclərini ödəyə bilmədiyi səbəbindən, xəstəxanada köməksiz qaldığını açıqlayıb. Özdemir yayınında Səhiyyə Nazirliyi ilə əlaqə saxladığını, ancaq təcili yardım təyyarəsi göndərmədiklərini bildirib.
İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı Medya İdarə Heyətinin sədri Murat Ongun Euronews-a açıqlamasında “Cüneyt Özdemirin paylaşımını görəndə, telefon nömrəsini istədik, telefonla danışdıq və problemi başa düşdük, sonra da kömək etdik”,- deyə o, qeyd edib.
Günel
Gununsesi.info