Araz Əlizadənin həkimindən açıqlama

Araz Əlizadənin həkimindən açıqlama

“Deputat Araz Əlizadənin vəziyyəti yaxşıdır. Hazırda palatada gəzir”.

Gununsesi.org xəbər verir ki,bunu “Qafqazinfo”ya açıqlamasında millət vəkilini əməliyyat edən cərrah-laparoskopist Elçin Əzizov deyib.

O qeyd edib ki, dünəndən Araz Əlizadənin böyrək çatışmazlığından əziyyət çəkdiyi haqqında məlumatlar yayılır: “Bu məlumat yanlışdır. Araz Əlizadə öd kisəsindən laparoskopik əməliyyat olunub. Çox güman ki, sabah klinikadan evə buraxılacaq”.

Xatırladaq ki, deputat “Caspian İnternational Hospital”da əməliyyat olunub.

 

Gununsesi.org

COMMENTS