200 tələbə Macarıstanda köməksiz vəziyyətdə qalıb –İRADƏ CAVADOVA

200 tələbə Macarıstanda köməksiz vəziyyətdə qalıb –

Tanınmış hüquqşünas İradə Cavadova özünün sosial şəbəkə hesabında 200.Azərbaycan vətəndaşı olan tələbənin Macarıstanda ac-susuz qalması haqqında yazıb.

Gununsesi.org-un xəbərinə görə, tanınmış hüquqşünas aidiyyatı qurumlara çağırış edərək, vətəndaşa sahib çıxmağa çağırıb:
“SOS!!!!
Budapeştdə 200 nəfər tələbələrimiz acınacaqlı vəziyyətdədilər.Onlar gündə bir dəfə az bir qida ilə kifayətlənməyə məcburdular.Həmin qida səfirliyin,orda yaşayan həmvətənlərimizin iyanəsi hesabına olur.
Bizim gələcəyimiz olan gənclərimizi orda tək və acınacaqlı vəziyyətdə qoymayaq. Onları təcili Azərbaycana gətirmək lazımdır.Dövlət tərəfindən təcili müvafiq tədbirlər görülməlidir.
Köməkliyimizi əsirgəməyək.Paylaşmağınızı xahiş edirəm”.

Gununsesi.org

COMMENTS