İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Çərşənbə günü dövlət başçısı İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Gununsesi.org xəbər verir ki, rəsmi məlumata görə, görüşdə Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bir daha çatdıraraq, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

Tərəflər həmçinin Azərbaycan-Avropa İttifaqı əlaqələri haqqında fikir mübadiləsi aparıblar.

 

Gununsesi.org

COMMENTS