Yunanıstanda türk qızının ölümü Qərbi Trakyanı ayağa qaldırdı – FOTO

Yunan polisi tərəfindən vurularaq öldürülən türk qız üçün Qərbi Trakya əhalisi küçələrə axışıb. Qəzaya səbəb olan polis əməkdaşının protokolu pozduğu da məlum olub.

Gununsesi.info xəbər verir ki, Yunanıstanda polisin Qərbi Trakiyanın İskeçe vilayətinin Mizanlı kəndində yaşayan 19 yaşlı Ayşe Kadrini avtomobillə vuraraq ölümünə səbəb olması qərbi trakyalıların küçələrə axışmasına səbəb olub.

3 gün əvvəl polisin idarə etdiyi avtomobilin vurması nəticəsində həyatını itirən Ayşe Kadrinin ad günündə – bu gün dəfn ediləcəyi bildirilərkən, araşdırmada polisin gənci qızı vurduğunu gizlətməyə çalışdığı üzə çıxıb.

Qərbi Trakyanın “Gündem” qəzetinin dərc olunan xəbərinə görə, Yunanıstan polisi təcili tibbi yardım qrupunu xəbərdar edib və təcili yardımın gəlməsini gözləsə də, o, qəzaya səbəb olduğunu gizlədib və protokolda özünü şahid kimi qeyd edib.

Bildirilib ki, polisin ifadələrindəki ziddiyyətlərə diqqət yetirən polis əməkdaşları qəzanı polis əməkdaşının törətdiyini tezliklə aşkar edərək polis əməkdaşını saxlayıblar.

Bu arada Ayşe Kadrinin ölümünə səbəb olan polis məmurunun tutulması üçün İskeçe şəhər mərkəzində etiraz aksiyası keçirilib.

İskeçe şəhər meydanına toplaşan nümayişçilər əvvəlcə Polis İdarəsinə doğru yürüş ediblər.

“Bu qətl unudulmayacaq. “19 yaşlı qızın səsi olacağıq” kimi şüarlar səsləndirən fəallar daha sonra İskeçe Ədliyyə binasına doğru yürüş ediblər. Polis qüvvələri əleyhinə şüarlar səsləndirməyə davam edən nümayişçilər daha sonra insidentsiz dağılıblar.

Ayşe Kadrinin ad günü olan bu gün (14 dekabr) yaşadığı Mizanlı kənd məscidində qılınacaq namazdan sonra torpağa tapşırılacağı bildirilib.

Gununsesi.info