
ABŞ-ın Nyu-York şəhərində bir şəxs 2-si uşaq olmaqla 4 ailə üzvünü bıçaqlayaraq öldürüb, 2-si polis olmaqla 3 nəfəri yaralayıb.
Gununsesi.info xəbər verir ki, ABŞ-ın Nyu-York ştatının Kvins şəhərində bir şəxs öz ailəsinə bıçaqla hücum edib. Səlahiyyətlilər hücumda 2-si uşaq olmaqla 4 nəfərin öldüyünü, 2-si polis olmaqla 3 nəfərin yaralandığını, təcavüzkarın polis tərəfindən vurularaq zərərsizləşdirildiyini açıqlayıb.
Nyu-York Polis İdarəsinin yaydığı açıqlamada hücum xəbərinin bir qız tərəfindən edildiyi, qızın telefonda “əmisi oğlunun ailə üzvlərini öldürdüyünü” dediyi bildirilib.
Həyatını itirənlər arasında 12 yaşlı oğlan, 11 yaşlı qız, 44 yaşlı qadın və 30 yaşlarında bir kişinin olduğunu bildirən polis bildirib ki, 11 yaşlı uşaq evin qarşısında, digər üç nəfərin meyiti isə yataq otağında tapılıb. Polis 38 yaşlı qatilin əvvəllər məişət zorakılığına görə həbs edildiyini və şübhəlinin evin qonaq otağında divanı yandırdığını və polis məmurlarının evə girmədən əvvəl yanğınsöndürənlərin gəlməsini gözlədiyini bildirib.
Gununsesi.info