
Böyük Britaniya Kraliçası II Elizabet və onun həyat yoldaşı, Edinburq hersoqu Filipp koronavirus infeksiyasına qarşı peyvənd olunublar.
Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bu barədə Bukinqem sarayının bəyanatında deyilir.
“Kraliça və Edinburq hersoqu bu gün koronavirusa qarşı peyvənd olunublar”, – məlumatda deyilir.
Onların hansı şirkətin istehsal etdiyi vaksinlə peyvənd olunmaları açıqlanmır.
Məlumdur ki, hazırda Böyük Britaniyada “Pfizer/BioNTech” və “AstraZeneca” vaksinlərindən istifadə olunur.
Gununsesi.info