İdmançımız ardıcıl 3-cü qələbəsini qazandı - VİDEO

Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov Rizin Qran-prisində üçüncü döyüşünü keçirib.

Gununsesi.info xəbər verir ki, 30 yaşlı idmançı Yaponiyada təşkil olunan görüşdə yerli Sora Yamamoto ilə qarşılaşıb.

Rəqibini məğlub edən Kərəmov Qran-pridə ardıcıl üçüncü qələbəsini qazanıb.

Qeyd edək ki, Vüqar Kərəmov daha əvvəl ABŞ təmsilçisi Kayl Aquon və yaponiyalı Teyçi Nakadzimaya qalib gəlib.

Gununsesi.info