Qalib idmançımız Mübariz Mənsimova təşəkkür edib

  • By admin
  • 28 İyul 2022 22:09

Amerikada təşkil olunan Bellator döyüşündən qələbə ilə qayıdan məşhur idmançımız Tofiq Musayev  sosial şəbəkə hesabında qələbəsi haqqında yazıb.

Gununsesi.info məşhur idmançının qeydlərini təqdim edir:

Bütün Azərbaycan xalqini salamlayiram. Mənə yazdiğiniz təbrik mesajlarina,dəstəyinizə görə haminiza təşəkkür edirəm.
Hər şey Vətən uçun, hər şey Azərbaycanmız üçün…
Mən qürur duyuram ki, Amerikada dünyanın ən reytinqli rinqində üçrəngli bayrağmizi ucalda bildim.
Heç bir qələbə asan qazanılmır.
Hər qələbənin arxasında çətinliklər, əziyyətlər olur.
Bu yolda mənə daima dəstək olan xalqima, yaxinlarma, dostlarima, özəliklə xalqimizin sevimili oglu “Palmali Şirkətlər” Qrupunun sahibi Mübariz Mənsimova təşəkkür edirem.

Daha böyük qələbələlər doğru”.

Qeyd edək ki, Tofiq Musayevin ABŞ-dakı yarışına sponsorluğu “Palmali Group” edib.

Afət Abbasova

Gununsesi.info