
Bu, Ağdamın “Qarabağ” klubudur. Qurban Qurbanovun yetirmələrinin hesabında 42,00 xal var.
Gununsesi.info xəbər verir ki, Azərbaycan çempionu onilliyin 70-cisidir. Təmsilçimiz bu mövqeyi Rumıniya “Styaua”sı ilə bölüşür.
“Qarabağ” tanınmış klublardan “Fənərbağça”, “Betis”, “Renn”, “Lill”, “Real Sosyedad”, “Vest Hem”i, həmçinin Azərbaycan komandalarının keçmiş və indiki rəqiblərindən APOEL, “Rapid”, “Şerif”, “Molde”, “Dnepr” və BATE-ni də arxada qoyub.
Cədvələ “Real” başçılıq edir. “Bavariya” ikinci, “Barselona” üçüncüdür.
Qeyd edək ki, qardaş Türkiyə “Top-100”də üç komanda ilə təmsil olunub. “Beşiktaş” 39-cu, “Qalatasaray” 48-ci, “Fənərbağça” 74-cüdür.
Gununsesi.info