
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair sualları cavablandırıb.
Milli Məclisin deputatı Əli Məsimli Gununsesi.info-ya açıqlamasında Azərbaycan ölkə başçısının çıxışını şərh etməklə bərabər hökumətin görməli olduğu işlərdən də danışıb.
“Birincisi,Azərbaycanın torpaq fondunun yarıdan çoxu kənd təsərrüfatına yararlı torpaqlardır. Əgər nəzərə alsaq ki, işğal altında olan torpaqlar Azərbaycanın kənd təsərrüfatı istehsalının 30 fazidən çoxunu verirdi, torpaqlarımızın işğaldan azad edilməsi ərzaq təhlükəsizliyimizin möhkəmləndirilməsində xüsusi çəkiyə malik olacaq. Bununla belə bütövlükdə torpaqların şoranlaşması, erroziyaya uğraması, çirklənməsinin və s. aradan qaldırılması, keyfiyyətinin yaxşılaşdırılmasına dair işlək mexanizmli kompleks tədbirlərin həyata keçirilməsi çox vacibdir. İkincisi, Azərbaycan əhalisinin ərzaq buğdası ilə təchizatının 40 fazi, bəzən daha çoxu idxal hesabına təmin olunur. Ərzaq buğdası ilə təchizatının əsas hissəsinin daxili istehsal hesabına təmin edilməsi üçün zəruri tədbirlərin həyat keçirilmsi strateji yüklü məsələdir, bu istiqamətdə qısa müddətdə böyük nəticələr verə bilən bütün zəruri işlər görülməli, o cümlədən keyfiyytli toxum probleminin əsaslı surətdə həll edilməsinə ehtiyac var. Üçüncüsü,ölkə üzrə 17 milyard manatlıq ümumi sərmayə qoyuluşunun cəmi 3 faizi kənd təsərrüfatına,1.3 faizi isə qida məhsulları istehsalına yönəldilir ki, bu da həmin sahələrin investisiya tələbatndan qat-qat aşağıdır. Ona görə də kənd təsərrüfatı ilə məşğul olan fermerin il ərzində yaratdığı yeni dəyər 2000 manat ətrafında, onun aylıq kəmiyyəti isə 170 manatdır. Ölkədə adambaşına ildə 900 manatın ətrafında, ayda isə 75-80 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunur. Bu rəqəmlər göstərir ki, ərzaq təhlükəsizliyimizin etibarlıq dərəcəsini müasir çağırışlar səviyyəsinə çatdırmaqdan ötrü proqram xarakterli kompleks tədbirlər görülməliidr. Bu yöndə həlli vacib olan məsələrdən biri “təmiz sərmayə-yüksək nəticə” prinsipi əsasında kənd təsərrüfatına sərmayə qoyuluşunun və ondan istifadənin səmərəliliyinin artırılmasıdır. Dördüncüsü,ölkə üzrə 14-15 milyard manatlıq ümumi kredit qoyuluşunun çox kiçik bir hissəsi kənd təsərrüfatına yöməldilir. Aqrar-Sənaye Bankının yaradılması, kənd təsərrüfatının və kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan sahələrin aşağı faizli kreditlərlə təmin edilməsi, eləcə də aqrar sahə üçün məqbul sayıla biləcək kreditə zəmanət mexanizminin yaradılması obyektiv tələbata çevrilib. Beşincisi,kənd təsərrüfatı istehsalının nəticəliliyinin artırılmasına xidmət edən və bu yöndə səmərəli fəaliyyət göstərən subsidiya mexanixminin yaradılması və tətbiqi sahəsində başlanan işlərin fermerlərin gözləntilərinə uyğun surətdə optimal variantda həyata keçirilməsi ərzaq təhlükəsizliyinə ciddi dəstək kimi mühüm tələbata çevrilib. Altıncısı, yerli istehsalın və kənd təsərrüfatı məhsullarınn ixracının genişləndirilməsinə rəvac verən sığorta mexanizminin həyata keçirilməsi istiqamətində başlana işlər genişləndirilməliidr. Yeddincisi,fermerlərin sərbəst fəaliyyət göstərməsinə mane olan bütün bürokratik əngəllərin aradan qaldırılması istiqamətində real nəticəsi olan tədbirlər görülməliidr. Səkkizinci, Azərbaycanda kənd təsrrüfatı məhsulu istehsalçılarının xeyli hissəsnin torpaq sahəsi 1-2 hektar,70 faizdən çoxunun-3 hektrara qədər, 17 fazininki isə 3-4,9 fazi arasındadır. Halbuki fermer təsərrüfatlarının əmtəəlik məhsul istehsal edib, ayaq üstə qala bilməsi və bazar iqtisadiyyatı tələblərinə cavab verən qurumlara çevrilməsindən ötrü,ilk növbədə azı 6 hektar torpağı olmalıdır. Heyvandarlıqda da vəziyyət buna bənzrdir. Heyvandarlıq təsərrüfatlarnın 80 faizindən çoxunun 10 başa qədər heyvanı var ki, bu ölçüdə olan təsərrüfatlar davamlı olaraq əmtəəlik məhsul istehsal edib, səmərəli fəaliyyət göstərməklə ərzaq təhlükəsizliyimizə yetərli səviyyədə töhfə verə bilməz.
Öna görə də ölkədə kənd təsərrüfatı sahəsinin rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə mane olan problemlərin,o cümlədən kiçik torpaq sahibliyi və kiçik təsərrüfatlar məsələsinin kəndlilərin xeyrinə optimal surətdə həll edilməsi məsələsi sürətləndirilməlidir. Sağlam və ədalətli kooperasiya münasibətləri vasitəsilə bu sahədə olan çatışmazlıqların xeyli hissəsini aradan qaldırmaq, maddi nemətlərin ”tarladan süfrəyədək”olan yolundakı itkilərin də xeyli dərəcədə aradan qaldırılmasına nail olmaq olar. Döqquzuncu, torpaqlarımızın işğaldan azad olunması ilə su ehtiyatlarmıza xeyli müsbət və ümidverici nüanslar əlavə olunub. Bununla belə ümumiyyətlə götürdükdə, Azərbaycanın məhdud su ehtiyatları şəraitində kənd təsərrüfatında sudan istifadənin ən müasir və qənaətli üsullarının tətbiq dairəsinin genişləndirilməsi ciddi problemimiz olan məhsuldarlıq məsələsinin müsbət yöndə həllində əhəmiyyətli rol oynaya bilər və son 30-35 ildə hər hektardan 25-27 sentner taxıl yığmını 30-32 sentnerə çatdırmağın çox uzun bir yolundan sonra,yaxın perspektivdə hər hektardan 40 sentner və daha çox taxıl istehsalına gedən yolumuzu xeyli qısaltmış olar. Onuncusu, ərzaq təhlükəsizliyi ilə bağlı səmrəli fəaliyyət göstərən idarəetmə mexanizmlərinin formalaşdırılması çox vacibdir. Bu yöndə digər məlum şərtlərlə yanaşı, həm də Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibə xüsusi qeyd etdiyi kimi, məmurların şəffaf fəaliyyəti və əlitəmiz işləməsi, eləcə də ictimai nəzarətin gücləndirilməsi və bu məsələdə medianın rolunun artırılması mühüm rol oynayır. Prezidentin qeyd etdiyi kimi,” əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin”.Eyni zaanda Prezident qeyd edib ki, “ictimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin.”