Rusiyanın müdaxiləsi o zaman baş verir ki… - EKSPERT ŞƏRHİ

  • By admin
  • 10 Yanvar 2022 15:07

Qazaxıstanda sosial tələblərlər başlayan etiraz aksiyalarının bütün ölkəni bürüməsi Rusiya üçün yeni fürsətə çevrildi..

Belə ki, KTMT adından 3000 hərbçisini  Qazaxıstana yeridən Putin hazırda dünyanın tənqid hədəfinə çevrilib.

Siyasi şərhçi Anar Məmmədli Gununsesi.info-ya açıqlamasında bildirib ki, Qazaxstandakı etirazların yatırılması və buraya Rusiya başda olmaqla KTMT-nin cəlb olunması suverenlik haqqında ənənəvi yanaşmaları yenə aktuallaşdırıb: “İndi hamı Rusiyanın suverenliyə təhlükə mənbəyi olmağından danışır. Bəli, Rusiya qonşuluğundakı ölkələrin suverenliyi üçün təhlükədir. Amma postsovet ölkələrində avtoritar idarəçilik və korrupsiya bu dövlətlərin suverenliyinə Rusyadan daha artıq təhlükədir. Qazaxstan olayları göstərdi ki, Rusiyanın müdaxiləsi o zaman baş verir ki, ölkənin xalqdan mandat almamış, korrupsiyaya bulaşmış və qanunçuluğu mənimsəməmiş idarəçiliyi olsun. Bunlar yoxdursa, heç bir ölkənin suverenliyinə təminat yoxdur. Bizdəki kimi.
Ona görə lütfən 90-cı illərin kif iyi verən suverenlik nağıllarından bəhs etməyin. Nə qədər ki, ölkədə demokratik idarəçilik qurulmayıb, Azərbaycanın suverenliyi təhlükədədir”.

Nəcəf

Gununsesi.info