
Sosial şəbəkələrdə İkinci Qarabağ Müharibəsi qaziləri Ağabala Vəliyev və Türk Eyvaz-zadə polis zorakılığına məruz qalamaları barədə açıqlama yayıblar.
Gununsesi.info bildirir ki, bununla bağlı xəbərdə hadisənin yanvarın 11-də, gecə saat 3 radələrində baş verdiyi qeyd olunub. Onlar iddia edirlər ki, 8-ə yaxın polis əməkdaşı onların işlətdiyi restorana gəlib və onlara qarşı fiziki güc tətbiq edib.
Gununsesi.info-ya açıqlamasında DİN-nin şöbə rəisi Elşad Hacıyev isə bildirib ki, bəzi restoran, kafelərin xüsusi karantin rejim qaydalarına zidd olaraq müəyyən olunan vaxtdan kənar fəaliyyətləri müşahidə olunur:
“Həmin obyektlərin sahibləri bəzi qaziləri öz ətraflarına cəlb etməklə, “bu obyektin icarədarı Vətən müharibəsi iştirakçısıdır, qazidir”, – deməklə polisə qaziləri obyektin havadar kimi təqdim edib gərginlik yaratmağa cəhd edirlər. Bu hallar “fakt”laşdırılmaqla sosial şəbəkələr vasitəsilə “polis zorakılıq edir, polis qazilərə təzyiq göstərir” başlığı altında qəsdən qərəzli məlumatlar yayırlar. Bununla bağlı müşahidə olunan neqativ halları yayanların diqqətinə çatdırırıq ki, şəhid ailələri, qazilər bizim baş tacımızdır”.
Gununsesi.info