İctimai fəala cinayət işi açılıb

  • By admin
  • 23 Fevral 2026 12:39
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü, ictimai fəal Sara Rəhimova barəsində cinayət işi açıldığı və onun ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə onun özü məlumat yayıb.
İctimai fəalın sözlərinə görə, pasportunun müddəti bitdiyindən yeni sənəd almaq üçün müraciət edib.
Fevralın 21-də hazır sənədi götürmək üçün “ASAN Xidmət”ə yaxınlaşarkən mühafizə otağına aparılıb və orada barəsində 2024-cü ildə cinayət işi açıldığı, axtarışda olduğu və ölkədən çıxışına qadağa qoyulduğunu eşidib”.
İctimai fəal hansı  cinayətdə ittiham olunduğunu bilmədiyini deyib.
Günay