Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?

Tibbi-meteoroloji proqnoz açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 23-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Gununsesi.info