
Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərini tutduğu vəzifədən azad edib.
Gununsesi.info xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Əsgər Əyyub oğlu Ələkbərov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Qeyd edək ki, Əsgər Ələkbərov 2016-cı ilin mayında “İçərişəhər” Qoruq İdarəsinin rəhbərliyinə gətirilmişdi.
Gununsesi.info