
Almaniya hökuməti Avropa İttifaqının sanksiya siyahısına düşən rusiyalı milyarder Alişer Usmanovun yaxtasına həbs qoyub. Söhbət, təxminən 600 milyon dollar dəyərində olan 156 metrlik “Dilbar” yaxtasından gedir.
Gununsesi.info xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb. Məlumata görə, “Dilbar” həm ölçü, həm də texnologiya baxımından indiyə qədər inşa edilmiş ən mürəkkəb yaxtalardan biridir: “Dünyanın ən böyük mühərrikli yaxtasıdır. İndiyə qədər yaxtalarda quraşdırılmış ən böyük hovuza malikdir. Yaxtada helikopter meydançaları, sauna, gözəllik salonu və idman zalı var”.
“Forbes” yazır ki, rusiyalı milyarderlər ümumilikdə 32 meqayaxtaya sahibdirlər.
Gununsesi.info