Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə rəsmi görüşündə hazırda həbsdə olan bəstəkar, sabiq millət vəkili Hüseyin Abdullayevin “Qurban olum Azərbaycan” mahnısı ifa edilib.
Bu barədə Gununsesi.info-ya Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva deyib. O, vətənini sevən övladının həbsdə yaşadığını bildirib:”Hüseyn çox ağır durumdadır. Ölümlə üz-üzədir. Vəziyyəti çox pisdir. Mən xahiş edirəm ki, heç olmasa Ali Məhkəmədə humanizm, ədalət göstərib onu azad etsinlər”.

Ayşən Rəhim













