Dekabrın 12-də Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə Mingəçevirdə müxtəlif tədbirlər keçirilib.
Gununsesi.info xəbər verir ki, Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanları, YAP Mingəçevir şəhər təşkilatı, Bələdiyyə və şəhərdə fəaliyyət göstərən idarə və təşkilatların kollektiv üzvləri Heydər Əliyevin adını daşıyan mərkəzin önündə və Heydər Əliyev Meydanında ucaldılmış abidələr önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.













