Ağ Evdən Rusiya ordusu barədə dəyərləndirmə: “Komandanlıq və nəzarət dəhşətlidir”

ağ ev

ABŞ prezident administrasiyası Rusiya silahlı qüvvələrinin Ukraynaya qarşı müharibə zamanı vəziyyətini şərh edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

“Onların təkbaşına başlayacaqları böyük əks-hücum əməliyyatı əslində son həftələr və aylar ərzində heç nəyə nail olmadı. Bu, ki illik müharibədən sonra müasir ordunun öyrənməli olduğu dərsləri hələ də öyrənməmiş bir ordudur”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, ruslar Ukrayna Silahlı Qüvvələrin quruda hücum etdikdə, az uğur qazanırlar.

“Rusiya ordusunda komandanlıq və nəzarət hələ də dəhşətlidir. Mənəvi əhval-ruhiyyə, liderlik tamamilə sıfırdır. Onlar hələ də hava hücumlarına böyük ümid bəsləyirlər, çünki imkanları var”, – Kirbi deyib.

Eyni zamanda, Ağ Evin sözçüsü Rusiya prezidenti Vladimir Putin üçün Ukrayna prezidenti Vladimir Zelenskidən fərqli olaraq səfərbərlik üçün Rusiya xalqına cavab vermək məcburiyyətində qalmamasını müsbət hal adlandırıb.

Həmçinin ABŞ prezident administrasiyası mətbuatda ayrı-ayrılıqda yazılanlara baxmayaraq, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı işğalçı müharibənin dayandırılması ilə bağlı danışıqlara hazır olduğuna inanmır.

Bundan əvvəl “The New York Times” iddia edirdi ki, Rusiya prezidenti Vladimir Putin Kiyev və Qərb Ukraynanın qanunsuz işğal olunmuş ərazilərini Rusiya kimi tanıyacağı təqdirdə “atəşkəş” bağlamağa hazırdır.

NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Rusiya böyük səylərə baxmayaraq, Ukraynada öz məqsədlərinə nail ola bilməyəcək.

Gununsesi.info