Hava kəskin dəyişir: 5 noyabradək... - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi haqqında məlumat yayıb.

Xidmətdən Gununsesi.info-ya bildirilib ki, Azərbaycanın rayonlarında noyabrın 3-ü gündüzdən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Gununsesi.info