
Təhsil Nazirliyi müəllimlərin məcburi şəkildə koronavirus əleyhinə 3-cü doza vaksin vurdurmaları ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, Nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov belə məcburiyyətin olmadığını deyib.
O qeyd edib ki, təhsil işçilərinin vaksinasiya məsələsi hər zaman tövsiyə xarakterli olub:
“Təhsil Nazirliyi müəllimlərə bir daha tövsiyə edir ki, koronavirusa qalib gəlmək üçün üçüncü doza vaksin vurdursunlar. Şüarımız odur ki, əyani tədrisin davamı üçün vaksinasiya yeganə yoldur”.
Gununsesi.info