Hacıqabulda 62 yaşlı qadın daşla döyüldü

Hacıqabulda 62 yaşlı qadın daşla döyüldü

Hacıqabul sakini evində daşla döyülüb.

Gununsesi.org bildirir ki, APA-nın məlumatına görə, hadisə Hacıqabul rayonunun Qarasu kəndində qeydə alınıb.

Naməlum şəxs sözügedən kəndin sakini, 1958-ci il təvəllüdlü Şıxəliyeva Gülüstan Həbulla qızının yaşadığı evə daxil olaraq, onu daşla amansızcasına döyüb.

Yaşlı qadın çoxsaylı ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qadına hücum edən şəxs Hacıqabul polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org

COMMENTS