
Qəzza zolağından olan 13 israilli girov Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sonradan İsrailə təhvil verilməsi üçün Misir tərəfinə təhvil verilib.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin KAN dövlət telekanalı məlumat yayıb.
Təhvil-təslim Misirlə Qəzza zolağının sərhədində yerləşən Rəfah keçid məntəqəsində baş tutub.Onlar Fələstin anklavının cənubundakı Xan Yunus şəhərindən təcili yardım maşını ilə oraya aparılıb.
Xatırladaq ki, İsrail və HƏMAS arasında münaqişədə dörd günlük humanitar atəşkəs haqqında razılaşma noyabrın 24-də yerli vaxtla saat 07:00-da qüvvəyə minib.
Razılaşma, HƏMAS-ın saxladığı 50 israillinin müqabilində İsrail həbsxanalarından 150 fələstinli məhbusun azad edilməsini nəzərdə tutur.
Hər iki tərəfdən azad edilən məhbuslar arasında qadın və uşaqlar da var.
Gununsesi.info