
“Qətər rəsmilərinin əməkdaşlığı ilə bu gün 7 iranlı məhbus azad edilib və bir neçə dəqiqə əvvəl Tehrana yola düşüb.”
Gununsesi.info xəbər verir ki, bu sözləri İranın Dohadakı səfiri Həmid Dehkan öz Twitter hesabında paylaşıb.
Dehkan sözügedən şəxslərin hansı cinayətlərə görə mühakimə olunduqları və Qətərdə nə qədər müddət saxlanıldıqları barədə məlumat verməyib.
Tərcümə
Şəbnəm
Gununsesi.info