
Sentyabrın 7-də saat 21 radələrində Şəki şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Oxud kənd sakini Vüqar Süleymanov vurulub.
Gununsesi.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “QAZ-3110” markalı avtomobilin sürücüsü, şəhər sakini, əvvəllər məhkum olunmuş X.Yusubov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Gununsesi.info