Samuxda ölüm hadisəsi yaşanıb.
Gununsesi.org-un xəbərinə görə, faciə rayonun Stansiya Alabaşlı kəndində baş verib.
Kənd sakini, 1971-ci il təvəllüdlü Zeynalova Səidə Pənah qızı yaşadığı evin vanna otağında vəfat edib. Onun ölümünün dəqiq səbəbi məlum olmasa da, dəm qazından zəhərləndiyi ehtimal edilir.
Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.
COMMENTS