“Yenidən hansısa biznesə başlamaq istəmirəm. Ən böyük biznesim səsimdir”.
Gununsesi.org Oxu.Az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Samir Piriyev “ATV Maqazin 10larla” proqramına müsahibəsində deyib.
Bir neçə il öncə həmkarı Niyam Salami ilə Bodrumda restoran biznesinə başlayıb, daha sonra iflas olan sənətçi “Biznesim ancaq toy bazarıdır” açıqlamasını verib.
Həmkarlarının səhnədə “mənəm-mənəmlik” sevdasını həzm edə bilməyən S.Piriyev od püskürüb:
“Mən nə zirvədəyəm, nə də ulduzam. Adi insanam, həyatımı yaşayıram. Allah verən əmanəti, yəni səsimizi daşıyırıq. Heç vaxt heç kimdə səhv axtaran deyiləm. Birinci səhvi özümdə axtarmalıyam. Həyat devizim budur. Bu səbəbdən heç kimi incitmirəm, işinə də müdaxilə etmirəm”.
Gununsesi.org
COMMENTS