Toivo Klaar azərbaycanlı hərbçilərin geri qaytarılmasından yazdı

  • By ilhame
  • 21 Dekabr 2021 15:39

“Dünən Ermənistan tərəfindən iki azərbaycanlı hərbçinin təhvil verilməsini alqışlayıram”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz rəsmi tvitter hesabında yazıb.

Onun sözlərinə görə, bu, tərəflər arasında etimadı gücləndirən mühüm humanitar jestdir.

Xatırladaq ki, dekabrın 18-də azaraq ermənilər tərəfə keçən iki azərbaycanlı hərbçi dekabrın 20-si geri qaytarılıb.

Gununsesi.info