Çində torpaq sürüşməsi nəticəsində 14 nəfər dünyasını dəyişib

  • By admin
  • 04 Yanvar 2022 18:58

Çinin cənub-qərbindəki Quycou vilayətində tikinti sahəsində baş verən torpaq sürüşməsi nəticəsində 14 nəfər həlak olub.

Gununsesi.info xəbər verir ki, hadisə Bicie şəhərində baş verib. Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində 14 nəfərin meyiti tapılıb. Yüngül xəsarət almış 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Axtarış-xilasetmə işlərinə mülki müdafiə qüvvələrinin və polis əməkdaşlarından ibarət mindən çox insan cəlb olunub.

 

 

Gununsesi.info