
Ötən sutka Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 3705 yeni hal aşkarlanıb. 1609 nəfər müalicə olunub, 32 nəfər vəfat edib. Bu barədə noyabrın 26-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib. Bu göstərici növbəti antirekord olub.
Ölkədə yoluxanların ümumi sayı 106101-ə çatıb, 68273 nəfər müalicə olunub, 1256 nəfər vəfat edib. Aktiv xəstə sayı 36273 nəfərdir.
Ötən sutka ərzində 19178, pandemiya dövründə 1665832 test keçirilib.-