Gürcüstan höküməti Saakaşvilini azadlığa buraxmaq istəmir -Zelenskiyə cavab

“Gürcüstan hökuməti Ukrayna parlamentinin keçmiş prezident Mixail Saakaşvilini əfv etmək çağırışlarına cavab verməyəcək. “

Gununsesi.info xəbər verir ki, bu barədə  RİA Novosti-yə Saakaşvilinin vəkili Şalva Xaçapuridze məlumat verib.

HTML tutorial

O xatırladıb ki, bundan əvvəl Avropa Parlamenti Saakaşvilini siyasi məhbus kimi tanıyan xüsusi qətnamə qəbul edib. Lakin Gürcüstan hökuməti heç bir reaksiya verməyib. Əksinə, “lağa, aqressiv ifadələr getdi.”

Xaçapuridzenin sözlərinə görə, Kiyevin müraciəti məsələsində də “eyni olacaq”.

Bununla belə, o, təslim olmayacağını və eks-prezidentin azadlığa çıxması üçün “sona qədər mübarizə aparacağını” vəd edib.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info