Xəbər verdiyimiz kimi, futbol üzrə AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanan Türkiyə yığması püşkatmanın nəticəsinə əsasən iki oyununu paytaxt Bakıda keçirirəcək.
Gununsesi.org-un məlumatına görə, bununla bağlı türkiyəli millət vəkili Binəli Yıldırım şəxsi Tvitter hesabında paylaşım edib.
“İtaliya, İsveçrə və Uels qarşısında “ay-ulduzlular”ımıza uğurlar diləyirəm. İki matçımızı Bakıda oynamaq üçün səbrsizlənirəm. Gözlə bizi, can Azərbaycan”,-deyə sabiq Baş Nazir paylaşımda qeyd edib.
COMMENTS