Vasif Talıbovun daha bir şirkəti ləğv edilir

“Naxçıvan Sığorta” şirkəti ləğv edilir, onun portfeli “Atəşgah Sığorta” şirkətinə ötürülür.

Gununsesi.info  xəbər verir ki, bu barədə sığorta şirkətindən bildirilib. Qeyd edilib ki, sığorta şirkətinin ləğvi ilə əlaqədar onun öhdəlikləri dekabrın 15-dən etibarən “Atəşgah Sığorta” şirkətinə ötürülür.
Məlumata görə, bu barədə bu gün səhər saatlarından müştərilərə sms bildirişləri də göndərilir.
Qeyd edək ki, “Naxçıvan Sığorta” şirkətinin 100% səhmdarı “Naxçıvan Bank”dır.
Globalinfo.az xatırladır ki, “Naxçıvan Bank” Talıbovlara məxsus olub. V.Talıbov vəzifədən çıxdıqdan sonra digər əmlaklarla birlikdə sözügedən bank da ondan alınıb.
Gununsesi.info