
May ayının 23-də saat 21 radələrində Göyçay şəhərində 1979-cu il təvəllüdlü Əhmədov Rza Ağarza oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Gununsesi.info-ya bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Mehdi Məmmədov saxlanılıb.
İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
Gununsesi.info