
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, tədbir zamanı rayonun Potu kənd sakini Rövşən Məmmədovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.
Onun barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Gununsesi.info