
Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ” markalı avtomobilin qəzaya düşməsi nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.
Ölən şəxs rayonun Balçılı kənd sakini, 1971-ci il təvəllüdlü Q.Qurbanovdur.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Gununsesi.info