
Bakıda restoranda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, ümumi sahəsi 900 m² (hər mərtəbəsi 300 m²) olan üçmərtəbəli restoranın 1-ci mərtəbəsinin xarici divarına quraşdırılan havalandırma qurğusunun mühərriki yanıb.
Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info