
Bakı-Qazax magistral yolunun Goranboy rayonunun ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, “Ford” markalı mikroavtobusun aşması nəticəsində 4 nəfər dünyasını dəyişib, 10-dan artıq şəxs yaralanıb.
Məlumata görə, mikroavtobusun sərnişinləri Şəmkirdə təsərrüfat sahəsində çalışan fəhlələr olub. Onlar Yevlax rayonuna qayıdarkən qəzaya düşüblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
Gununsesi.info