
Goranboyda güllələnmə hadisəsi baş verib.
Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü İbrahimov Məharət Fərman oğlu baş nahiyəsi və əlindən güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, M. İbrahimov qohumu tərəfindən güllələnib. Qohumlar arasından insident su üstündə olub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.