
Binəqədi rayonunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.