“Google”dan Rusiya mediasına növbəti sanksiya

“Google” şirkəti Rusiya dövlət KİV-lərinə qarşı növbəti sanksiyalar tətbiq edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, “Google” “YouTube” də daxil olmaqla, öz platforma və əlavələrində Rusiya KİV-ləri üçün monetizasiyanı dayandırıb. Üstəlik, ödəmə funksiyasını bloklayıb.

Beləliklə, artıq Rusiya KİV-ləri “Google Tools” üzərindən reklam ala bilməyəcək, yaxud “Google” platformalarında reklam yerləşdirə bilməyəcək.

Qeyd edək ki, bundan əvvəl “Facebook” şirkətinə məxsus “Meta” Rusiya dövlət KİV-lərinin reklamlarına qadağa qoyub.

Gununsesi.info