
Xətai rayonunda gənc oğlan binadan yıxılıb.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə “Babək Plaza”nın yaxınlığında qeydə alınıb.
Həmin ərazidə yerləşən hündür mərtəbəli binanın 13-cü mərtəbəsindən yıxılan şəxs aldığı xəsarətlərdən həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Gununsesi.info