
“Ümumilikdə, ötən ay ərzində158 nəfər müxtəlif diaqnozlarla qəbul olunub. İyul ayı ərzində 100 nəfər dərmandan zəhərlənib. Dərmanlardan zəhərlənənlərin 4-ü uşaqdır”.
Bunu Publika.az-a açıqlamasında Bakı şəhər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş oksikoloq Azər Maqsudov deyib.
Ölkənin baş toksikoloqu bildirib ki, iyulda 23 nəfər sirkə turşusundan zəhərlənib:
“Sirkə turşusundan zəhərlənənlərdən 3 nəfəri dünyasını dəyişib. Ötən ay17 nəfəri ilan sancıb. 7 nəfər allergik reaksiya ilə qəbul olunub, müalicə alıblar. 1 nəfər anaflaktik şokla müraciət edib. 4 nəfər isə qidadan zəhərlənib”.
Gununsesi.info