
Sentyabrın 7-də saat 23 radələrində Gəncə şəhərinin 28 May küçəsində şəhər sakini M.Əliyevin idarə etdiyi “Opel” və Daşkəsən rayon sakini Bevdalı Allahverdiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda bildirilib.
Nəticədə B.Allahverdiyev hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.
Gəncə ŞBPİ-nin 3-cü Polis Şöbəsində araşdırma aparılır.
Gununsesi.info