
Gəncə şəhərində mübahisə zəminində bıçaqlanan olub.
“Gununsesi.info”nun verdiyi məlumatına görə hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində, marketlərin birinin yaxınlığında qeydə alınıb. İlkin məlumata görə tərəflər arasında yaranmış mübahisə zəminində bıçaqlanan olub.
Hazırda əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.
Hadisənin təfərrüatları isə hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info