
Saatlıda intihar hadisəsi baş verib.
Gununsesi.info “Qafqazinfo”ya istinadən məlumat verir ki, rayonun Qara Nuru kənd sakini 1995-ci il təvəllüdlü Nuriyev Natiq Vaqif oğlu özünü ağacdan asaraq intihar edib.
26 yaşlı gəncin hansı səbəbdən canına qəsd etdiyi hələ ki, bəlli deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanlar cəlb olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Gununsesi.info