
Meksikada narkotik karteli 30 Gürcüstan vətəndaşını qaçırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı anonim mənbələrə istinadən məlumat yayıb.
Cinayətkar təşkilat 90 min dollar fidyə tələb edir.Girov götürülənlər arasında azyaşlı uşaqlar da var .
Telekanal bildirir ki, əsir götürülən Gürcüstan vətəndaşları Meksikadan ABŞ-a sərhədi keçməyə cəhd ediblər. Məlumata görə, kartelin tələb etdiyi məbləğin yarısı artıq ödənilib.
Kartelin 90 əcnəbini girov götürdüyü bildirilir.