Gəncə sakinində narkotik aşkarlandı

Dəmir Yolunda Polis İdarəsinin Gəncə xətt polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazilriyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

HTML tutorial

Əvvəllər məhkum olunmuş Bəxtiyar Şəmsi saxlanılaraq Gəncə xətt polis şöbəsinə gətirilib.

Şübhəli şəxsin üzərinə qanunla müəyyən edilmiş qaydada baxış keçirilən zaman narkotik maddə olan metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Gununsesi.info