Gəlirlər və xərclər ARTDI

Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycan dövlət büdcəsinin gəlirləri 69 milyon 617, 5 min manat, xərcləri isə 56 milyon 188,1 min manat olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 7 aylığa dair hesabatında deyilir.

Hesabata görə, ötən ilin eyni dövründə büdcə gəlirləri 55 milyon 860,2 min manat, xərcləri isə 52 milyon 391,5 min manat təşkil edib. Bu da onu göstərir ki, bir il ərzində dövlət büdcəsinin gəlirləri 13 milyon 757,3 min manat, xərcləri isə 3 milyon 796,6 min manat artıb.

Qeyd edək ki, cari ilin 7 ayında büdcə gəlirlərinin ümumdaxili məhsuldakı (ÜDM) xüsusi çəkisi 150,6 faiz olub. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 223,7 faiz təşkil edib. Buradan da aydın olur ki, bir il ərzində bu göstərici 73,1 faiz azalıb.

Cari dövrdə büdcə xərclərinin ÜDM-dəki xüsusi çəkisi 125,6 faiz, ötən il isə 195,4 faiz səviyyəsində olub. Burdan görünür ki, bir il ərzində 69,8 faiz səviyyəsində azalma baş verib.

Gununsesi.info